Aİ Suriyadan bütün iqtisadi sanksiyaları götürdübackend

Aİ Suriyadan bütün iqtisadi sanksiyaları götürdü

Avropa İttifaqı (Aİ) Suriyadan bütün iqtisadi sanksiyaların götürüldüyünü, həmçinin ölkənin 24 qurumunun, o cümlədən Mərkəzi Bankın qara siyahıdan çıxarıldığını elan edib.

Bu barədə KONKRET.az Avropa İttifaqı Şurasının məlumatına istinadən xəbər verir.

“Aİ Şurası Suriyaya qarşı bütün iqtisadi məhdudlaşdırıcı tədbirlərin ləğvi ilə bağlı hüquqi sənədlər qəbul edib. Həmçinin Suriya Mərkəzi Bankı, neft hasilatı və pambıq emalı sahəsində fəaliyyət göstərən şirkətlər də daxil olmaqla 24 şirkət qara siyahıdan çıxarılıb”, – məlumatda bildirilib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu qərarı düzgün adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*