Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Aİ-nin Ukraynaya 35 milyard kredit ayıra biləcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, o, rəsmi Kiyevin böyük dəstəyə ehtiyacı olduğunu qeyd deyib:
“Bu kredit Rusiyanın Avropada dondurulmuş dövlət aktivlərindən gələcək mənfəət hesabına veriləcək”.
Qeyd olunub ki, Aİ krediti verməsi üçün üzv ölkələrin təstiqini almalıdır.
Xatırladaq ki, AK-nın rəhbəri Ursula fon der Leyen Ukraynaya səfər edib.
Məlik,
KONKRET.az