Aİ və Yaponiya müdafiə sahəsində Saziş imzalayıbbackend

Aİ və Yaponiya müdafiə sahəsində Saziş imzalayıb

Avropa İttifaqı və Yaponiya arasında imzalanmış Müdafiə Tərəfdaşlığı Sazişi 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

KONKRET.az xəbər verir ki, təfərlər arasında tərəfdaşlıq sazışı imzalanıb.

Yaponiyanın xarici işlər naziri Takeşi İvaya və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell Tokioda keçirilən mərasimdə sənəd mübadiləsi aparıblar.

Yaponiyanın Hind-Sakit okean regionunda Aİ ilə belə bir razılaşmaya girən ilk ölkə olduğunu deyən İvaya, Yaponiya-Aİ əlaqələrinin hər zamankindən daha güclü olduğunu qeyd edib.

Yaponiyanın xarici işlər naziri vurğulayıb ki, müdafiə və təhlükəsizliyin bütün sahələrində əməkdaşlıq və dialoq tərəflər tərəfindən inkişaf etdiriləcək.

Tokio və Brüssel yaxın vaxtlarda strateji dialoqun ilk iclasını keçirəcəklər və bu görüşdə xüsusilə regional məsələləri müzakirə edəcəklər.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*