Ailədə üstünlük kimə verilir – İlahi qaydalar nəyi nəzərdə tutur?backend

Ailədə üstünlük kimə verilir - İlahi qaydalar nəyi nəzərdə tutur?

“Hər hansı bir kanalda bir cümlə kişinin qadından üstün olduğu fikri səslənən kimi, həmin kanala ən azı xəbərdarlıq edilir. Bundan əvvəl eyni fikrə görə başqa bir kanalın efir vaxtı bir neçə saatlıq dayandırıldı. Adını da qoyurlar cinsi ayrı-seçkiliyinin təbliği”.

KONKRET.az xəbər verir ki, bu sözləri aparıcı-jurnalist Elnur Teymuroğlu deyib.

Onun sözlərinə görə, “hər ikisi də bərabərdir nə deməkdir? Ümumiyyətlə həyatda eyni, bərabər iki adam tapmaq olar? Quranda da kişi və qadının məsuliyyətini bildirən ayələr var. Məsələn Nisa surəsi 34. “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və öz mallarından sərf etməsinə görədir” və ya Bəqərə 228-ci ayədə belə buyurulur. “Kişilərin qadınlar üzərində müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah qüdrətlidir, müdrikdir”.

“Hər kəs bilir ki, ailə kiçik bir cəmiyyətdir və böyük bir cəmiyyət kimi vahid başçı və rəhbəri olmalıdır. İkisi də eyni anda rəhbər ola bilməz. Birinin sözü ailədə daha çox keçməlidir. Cismi baxımdan kişi ilə qadın arasındakı fərqi inkar etmək mümkün deyil. Ruhi baxımdan da bu iki varlığın yaradılış fərqləri var. Avropa bu yolu çoxdan gedib və ailə dəyərlərinin vəziyyəti hər kəsə məlumdur. Biz də həmin yolu tutmuşuqsa o zaman başqa deyiləcək söz qalmadı. Bu qayda pozulduğuna görə indi ailələrin çoxu dağılır. Kişinin sözü keçməyən ailələrdə böyüyən uşaqların sonradan müəyyən travmalarla psixoloqlara üz tutduğunu da görürük. Bizi yaradan daha bizi özümüzdən daha yaxşı tanımır? Qızıl qaydanı da öz kitabında müəyyən edib. Təəssüf ki, kişilər arasında da məsuliyyətini dərk etməyənlər çoxdur. Kişi də gərək öz məsuliyyətini dərk edib, qəddar yox, fədakar bir ailə başçısı olmalıdır. Üstünlük deyəndə şahlıq deyil, daha çox fədakarlıq nəzərdə tutulur”.

Dəniz Pənahova 

KONKRET.az 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*