Ailələrin aylıq ticarət xərci 1600 manatı ötübbackend

Ailələrin aylıq ticarət xərci 1600 manatı ötüb

Azərbaycanda orta statistik ailənin (4 nəfərdən ibarət) aylıq ticarət xərcləri 1600 manatı ötüb. 

KONKRET.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin yanvar-fevral ayları ərzində pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 405,5 manatlıq məhsul alıb.

Bu qədər xərcin 228 manatı ərzaq məhsullarının, içkilərin və tütün məmulatlarının, 177,5 manatı qeyri-ərzaq mallarının alınmasına sərf edilib. Hesablamalar göstərir ki, Azərbaycanda bir orta ölçülü ailənin aylıq ticarət xərci 1622 manata, o cümlədən ərzaq xərci 912 manata, qeyri-ərzaq xərci 710 manata yüksəlib.

Xərclərin bu səviyyəyə gəlməsinin əsas səbəbi 2021, 2022 və cari ildə qeydə alınan yüksək inflyasiyadır.

2021-ci ilin ilk 2 ayında orta ölçülü ailənin ticarət xərcləri 1200 manat, ərzaq xərcləri 642 manat, qeyri-ərzaq xərcləri 566 manat idi.

Son 2 ildə ticarət xərclərində 422 manat, o cümlədən ərzaqda 270 manat, qeyri-ərzaqda 144 manat artım baş verib.//Sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*