Qalatasaray futbol komandasının üzvü Arda Turan sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
KONKRET.az xəbər verir ki, İnstaqramın hekayə bölməsində paylaşım edən futbolçu matçdan qayıtdıqdan sonra qapıda qaldığını bildirib:
“Matçdan qayıtmışam, evin açarını götürməyi isə unutmuşam. Uşaqlar və yoldaşım yuxudan oyanmasın deyə zəngi çalmıram. Avtomobildə şənbə gününün xəyalını qururam”.