“Air Astana” Bakıdan Nur-Sultana uçuşlar təşkil etməyi planlaşdırırbackend

“Air Astana” Bakıdan Nur-Sultana uçuşlar təşkil etməyi planlaşdırır

Qazaxıstanın “Air Astana” aviaşirkəti Bakı və Tbilisi şəhərlərindən Nur-Sultana uçuşlar həyata keçirməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı şirkət öz rəsmi feysbuk hesabında paylaşıb.

Məlumata görə, 12, 14 və 16 yanvar tarixlərində Tbilisidən, 13 və 16 yanvarda isə Bakıdan reyslərin təşkili gözlənilir.

Bildirilir ki, uçuşlara ilk növbədə daha əvvəllər ləğv olunan reyslərin sərnişinləri buraxılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*