Akar Ukrayna nazirləri ilə “taxıl daşınması”nı müzakirə etdibackend

Akar Ukrayna nazirləri ilə “taxıl daşınması”nı müzakirə etdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov və infrastruktur naziri Aleksandr Kubrakovla telefonla danışıb.

KONKRET.az xəbər verir ki, bu haqda Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı İstanbuldakı Birgə Koordinasiya Mərkəzində həyata keçirilən fəaliyyətlərlə bağlı son vəziyyət müzakirə edilib.

Nazirlər texniki işlərin yekunlaşdırılması, inzibati hazırlıqdan sonra ən qısa zamanda daşımaların başlanmasının nəzərdə tutulması, Birgə Koordinasiya Mərkəzində heyətlərin əməkdaşlıq şəraitində çalışmasından məmnunluq ifadə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*