“Hökumət iclaslarında maliyyələşmə ilə bağlı bir sıra qərarlar qəbul edilib, Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsində fəal tikinti işləri aparılır”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan keçirdiyi brifinqdə bildirib.
Badasyan tikinti işlərinin nə vaxt başa çatacağını dəqiqləşdirməkdə çətinlik çəkib:
“Konkret bir tarix deyə bilmərəm, amma tezliklə”, – deyə o bildirib.
Badasyan yalnız səlahiyyətləri çərçivəsində məsuliyyət daşıdığını deyib.
“Bizim vəzifəmiz keçid məntəqəsində gömrük nəzarətinin lazımi şəkildə həyata keçirilməsi üçün şərait yaratmaqdır və biz bunu edəcəyik”.
Günel Mikayılova,
KONKRET.az