Aktyor kitab oğrularına dəstək oldu: “Pulun yüz qatını verməyə hazıram“backend

Aktyor kitab oğrularına dəstək oldu: “Pulun yüz qatını verməyə hazıram“

“Mən o kitabların 10, 100 qat artıq pullarını verməyə hazıram”.

KONKRET.az xəbər verir ki, bu sözləri aktyor-aparıcı Kamran Ağabalayev bu gün baş verən oğurluq hadisəsi ilə bağlı yazıb.

Sosial şəbəkə hesabında bu barədə yazan sənətçi kitab oğrularına dəstək olub:

“Ümumiyyətlə, kitab oğurluğu oğurluq sayılmamalıdır! Ölkənin bu gün ehtiyac duyduğu insanlar elə kitab oğruları olmalıdır. Ola bilər, bəziləriniz qınayasınız, ola bilər, mən demək istədiyimi bəyan edə bilmirəm, amma düşünürəm ki, siz məni başa düşdünüz! Kitaba gəlincə, sözümün ağasıyam, gəlin 100 qatını verim, ərizənizi geri götürün, nə bilim, nəsə edin!”

Qeyd edək ki, oğurluq “Ali və Nino” mağazasında baş verib.  Mağaza rəhbərliyi polisə məlumat verəndən sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Kamran AzTV-dən getdi - Mediapost İnformasiya Agentliyi
Aktyor kitab oğrularına dəstək oldu: “Pulun yüz qatını verməyə hazıram“

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*