Aktyor koronavirusdan vəfat etdi – FOTObackend

Aktyor koronavirusdan vəfat etdi - FOTO

Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev vəfat edib.

Bu barədə KONKRET.az-a teatrın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, koronavirusa yoluxan aktyor 73 yaşında dünyasını dəyişib.

Bundan əlavə, Ə. Qurbanəliyevin qardaşının da bir ay əvvəl “COVID-19”dan vəfat etdiyi açıqlanıb.

Qeyd edək ki, Ələsgər Qurbanəliyev 23 mart 1948-ci ildə Bakı şəhəri Qobu qəsəbəsində doğulub. Əvvəllər Sumqayıt Dövlət Dram teatrında işləyib. 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb.

O, 2013-cü ilin iyunun 25-də Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*