“Al-Jazeera” Türkiyəyə qarşı – “TRT” Qətəri ittiham edirbackend

“Al-Jazeera” Türkiyəyə qarşı - “TRT” Qətəri ittiham edir

Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara Ərəb Dünyasında ciddi etiraz var. Bu işdə 22 ərəb ölkəsindən yalnız Qətər Türkiyənin yanında yer aldı.

Ancaq Qətərlə də bağlı problem yaranmaqdadır. Bu problem isə Qətərə məxsus televiziya nəhəngi “Al Jazeera” nin apardığı təbliğatla bağlıdır. İngilis dilində yayımlanan proqramlarda adıçəkilən TV Türkiyəni işğalçı kimi təqdim edir. Türkiyənin PKK uzantısı saydığı YPG-ni isə “Al Jazeera” kürd xalqı ilə eyniləşdirir.

Eyni tendensiyanı biz Qərb media məkanında da görürük. Onlar da bu məsələ ilə bağlı eyni mövqedən çıxış edirlər: Bilərəkdən YPG ilə kürd xalqı arasında bərabərlik işarəsi qoyurlar. Ancaq Türkiyə ilə Qətər arasında xüsusi münasibət var. Qətər ərazisində Türkiyə iki hərbi bazasa yerləşdirib. Qətər Səudiyyə Ərəbistanının liderlik etdiyi ərəb dövlətləri ilə ciddi problem yaşadığı vaxtlarda Türkiyə bu ölkəyə ciddi siyasi və hərbi dəstək verib.

Səudiyyə Ərəbistanının “The Arab News” qəzetinin yaydığı xəbərdə deyilir ki, “ Al Jazeera English” ilə Türkiyənin TRT kanalı arasında qalmaqal böyüyür. Türkiyənin hökumətə yaxın media qurumu “Al Jazeera”nin anti-Türkiyə təbliğatına cavab olaraq Qətərdə insan hüquqlarının pozulduğunu əks etdirən kadırlar yayıb, ölkədə mühacir işçilərin çoxsaylı ölümləri ilə bağlı “Human Rights Watch” təşkilatının hesabatınə ortaya qoyub.

Türkiyə tərəfi bildirir ki, YPG-ni kürd xalqı kimi qəbul etmək İŞİD-i ərəb xalqı kimi təqdim etməyə bərabərdir.

Türkiyənin hökumətyönlü “Daily Sabah” qəzeti isə “Əl-Cəzirə: Türkiyə-Qatar ittifaqına qarşı təhdid”, başlıqlı bir məqalə dərc edib və “Al-Jazeera”ni Türkiyəyə qarşı apardığı qarayaxma kompaniyasını durdurmağa çağırıb.

Onu da xatırladaq ki, Türkiyə ilə Ərəb Dünyası arasında yaranan problemin əsas səbəblərindən biri “Müsəlman Qardaşları” təşkilatına bağlıdır, yəni ideoloji xarakter daşıyır. Sirr deyil ki, “Ərəb Baharı”ndan sonra Misirdə “Müsəlman Qaradşları”nın namizədi Məhəmməd Mursi xalqın verdiyi səslərə əsasən prezident seçildi. Ancaq ABŞ bununla razılaşmadı. Bir il sonra Misirdə hərbi çevriliş baş verdi, general Əbdül Fəttah əs-Sisi Qərbin və Səudiyyə Ərəbistanı başda olmaqla körfəz ölkələrinin dəstəyi ilə iqtidara gəldi.

Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri bir vaxtlar əməkdaşlıq etdikləri “Müsəlman Qardaşalrı” təşkilatını təhlükə mənbəyi hesab edir. Çünki bu təşkilat fərqli ideoloji dəyərlərə söykənir. Monarxiya və diktatura idarəşiliyini rədd edir. (Musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*