BAFTA mükafatının təqdimetmə mərasimi zamanı əfsanəvi aktyor Al Paçino qeyri-ciddi vəziyyətə düşüb.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, o, qırmızı xalça üzərindən keçən zaman yıxılıb.
Hadisənin fotoları sosial şəbəkədə yayımlanıb.
Mükafatlandırma mərasimi fevralın 2-də Londonda keçirilib. Britaniya kinoteleakademiyasının 73-cü mərasiminin nominantlarından biri 79 yaşlı Al Paçino olub.
Royal Albert Hall salonunun pilləkənlərini qalxan aktyor büdrəyib və yerə yıxılıb.
Mühafizəçilər ulduzun ayağa qalxmasına və salona çatmasına kömək edib.
Babək Göyüş
KONKRET.az