Bir MİLLƏT – iki LÜĞƏT
Soruşdum ki, «Gələcək?».
Dedi: «Ha, gələjəkdi».
– Yoxla, bəlkə də gəlib.
Dedi: «Uje gəlifdi».
¨
– Sənə nəsə gətirib?
– Gətirif, qadan aleym.
– Ölçüsü düz gəlibmi?
– Gəlifdir, ağrın aleym.
¨
– Onu geyin bir baxım.
– Qılçam keçmir boynundan.
– Pencəyə ayaq gərək?
– Düyməlidir toyundan.
¨
– Düymələri bir-bir aç.
– Bunu de da bayaxdan.
– Nə, geyindin ayaqdan?
– Ayaxdan yox, balaxdan.
¨
– …İşin çətinə düşüb.
– Düşüp? Göster qaldıreym.
– Söhbətdən beynim şişib.
– Şişif – dərman aldıreym.
¨
– Sənə özüm alaram…
– Nə alarsan sən ma-a?
– Alaram sənə …lüğət.
– Orfoqrafdanmı, qağa?
¨
– Niyə belə deyirsən?
– Alə, keyfim isteyir.
– Sən sözləri yeyirsən.
– Can, mən ancaq dişləyir…
¨
– Dürüst olsun dilimiz.
– Bunu edək hancarı?
– Bir qayda bizə gərək.
– Yox, pozax qaydaları!
¨
– Axı bir dil keçmişik.
– Ciyim olufdu məllim.
– Dərslikdən öyrənmişik.
– «Əla» yazıf qiymətim!
¨
– Qiymətlər bilik deyil.
– Olma sən narahatçı:
İnstitutda dilçiyəm,
Əli qələmli məllim.
¨
– Qafiyə hara getdi?
– Kim hərləyir ki, onu?!
Əsas puldur, vəzifə,
Burax mənim boynumu.
¨
– Ay bala, azadsan sən,
Get qoşul o sürüyə!
Xalq belə danışarsa,
Gərək bu dil …çürüyə!
Əməkdar haqq şairi:
A.ƏZİZ