Aleksandr Maslyakovun ölüm səbəbi açıqlandıbackend

Aleksandr Maslyakovun ölüm səbəbi açıqlandı

Rusiyalı teleaparıcı Aleksandr Maslyakovun ölüm səbəbi açıqlanıb. Onun ağciyər xərçəngindən vəfat etdiyi bildirilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunur ki, Maslyakov son altı ayda danışmaqda və nəfəs almaqda çətinlik çəkib.

Xatırladaq ki, aprel ayında Maslyakovun ağciyərində əməliyyat olunması mümkün olmayan şişə görə dəstəkləyici müalicə aldığı bildirilmişdi. Teleaparıcının səhhətində problemlərin 2022-ci ildən, koronavirusa yoluxduqdan sonra başladığı qeyd olunur.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*