“Pensiyaların ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, xüsusilə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Pensiyanın ödənilməsində daha konkret vaxtların müəyyənləşdirilməsi və konkret vaxtlarda ödənişlərin həyata keçirilməsi məqsədəuyğun olardı”.
KONKRET.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bəzi hallarda pensiyaçı kredit borcunu və ya hansısa aylıq xərclərini ödəməlidir:
“Ona görə də konkret vaxtların müəyyənləşdirilməsi kredit və digər borcların ödənilməsində hər hansı gecikmələrin qarşısını almış olur. Bu, vətəndaşlarımızın sosial təminatı və xərcləri planlaşdırması baxımından vacibdir. Daha konkret zaman çərçivəsində pensiyaların ödənilməsinin həyata keçirilməsini təklif edirik. Mövcud texnoloji infrastrukturun daha da təkmilləşdirilməsinə ehtiyac var. Bu, pensiyaların paytaxt, iri şəhər və bölgələr üzrə ayrı vaxtlarda deyil, ölkə üzrə konkret vaxtda və tam olaraq ödənilməsinə imkan yaradar”.
Qeyd edək ki, pensiya ayın əvvəli Bakı, Sumqayıt, Abşeronda, ayın sonunda isə digər şəhər və rayonlarda ödənilir.

Rayonlarada heray 15 ne qeder verilmeskni isteyirik
Mən bunu bawadūwəbilmirəm! Bir ölkədə yawayiriq niyə maaliyə sistemi būtūn maawları eyni vaxta salmir??! Biri 15 alir,biri 25 alır,biri 10 nu alir? Bu nə biyabırcılıxdıree? Būtūn maaw və təqaūtlər 15 wi verilsin! Milləti zūlūmə niyə salır? Bəzi harın məmurlar?