Aleksey Navalnının nəşi anasına verildibackend

Aleksey Navalnının nəşi anasına verildi

Aleksey Navalnının nəşi anasına verilib.

KONKRET.az xəbər verir ki, bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb.

Onun harada dəfn ediləcəyi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, bu gün rusiyalı siyasətçinin həyat yoldaşı Yulia Navalnayanın ərinin nəşinin anasına verilməməsi ilə bağlı videoaçıqlaması yayılıb.

Qeyd edək ki, 47 yaşlı Rusiyalı müxalifətçi Aleksey Navalnı fevralın 16-da saxlanılıdığı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.

Federal Penitensiar Xidmətdən bildirilib ki, o gəzinti zamanı özünü pis hiss edib, huşunu itirib və hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*