Alən Rumestand: “Ermənistan-Azərbaycan münaqişəsi: bəlkə bir az obyektiv olaq?”backend

Alən Rumestand: "Ermənistan-Azərbaycan münaqişəsi: bəlkə bir az obyektiv olaq?"

Bəlkə oxucu yekun qərar verməzdən əvvəl birtərəfli deyil, tam məlumatlansın?

Ermənistanla Azərbaycan arasında son toqquşmalar başlar-başlamaz, erməni təbliğat maşının məlumatları bütün Fransa mətbuatını bürüyüb. Xüsusi diqqətçəkən məqamlar kimi Ermənistanın baş naziri Nikol Paşinyanın “Figaro”ya geniş müsahibəsini, “France 2” telekanalının “20 saat” proqramında Mariz Burqonun Stepanakertdən (Xankəndi – WM) reportajını və s. göstərmək olar. “Journal du Dimanche” qəzetinin səhifələrində Fransanın “sağçı”, “solçu” və “mərkəzçi” siyasətçilərinin Ermənistana dəstək petisiyası da öz yerində.

Lakin mediamızda Azərbaycanın tərəfinin mövqeyinə, məlumatlarına demək olar ki, rast gəlinmir. Halbuki, tarixçilər kimi jurnalistlər də reallığa mümkün qədər yaxın olmaq, oxucuda sərbəst fikrin formalaşrmasına imkan vermək üçün mühakimə yürütmədən obyektiv olmalı, hər iki münaqişə tərəfinin mövqeyini işıqlandırmalıdır. münaqişənin hər iki tərəfinin mənbələri ilə maraqlanmalı və onları etməlidir. Odur ki, Fransa mediasında geniş yayılan erməni təhlillərilə müqayisə oluna biməsi üçün azərbaycanlılarla da əlaqə qurulmalı, onların təhlillərinə də yer verilməlidir.

Gələk konkret olaraq sentyabrın 27-dən başlamış döyüşlərə. Bu toqquşmalar məhz Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə 3 istiqamətdən hücuma keçməsi nəticəsində başlayıb. Ermənistan tərəfinin Azərbaycanın döyüş zonasından uzaqda yerləşən şəhər və kəndlərinə raket hücumları isə münaqişədə daha ciddi dönüş yaradıb. Məsələ ondadır ki, Ermənistan artıq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə, sənaye şəhəri Mingəçevirə, hətta paytaxt Bakının 100 kilometrliyində yerləşən Xızı rayonuna belə, raket atır. Bütün bunlarda məqsəd isə Azərbaycanı bilavasitə Ermənistan ərazisini vurmağa məcbur etməkdir.

Lakin Azərbaycanın əks-hücum əməliyyatlarını yalnız öz ərazisində (Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda və bitişik 7 rayonda), yəni Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında aparılır. Məhz bu üzdən Rusiya baş verənlərə müdaxilə etmir – Moskva müttəfiqi Ermənistanın ərazi bütövlüyünün təhlükə altında olmadığını bildirir.

Azərbaycanın mülki əhalisi arasında ciddi itkilər var və bu, təəssüf doğurur. Üstəlik, hər gün kəndlərin, infrastrukturun, yaşayış binalarının dağıdılması ilə onların sayı daha da artır.

Bütün bunların fonunda Azərbaycan Ordusu ölkənin cənubunda, İranla sərhəddə yerləşən Cəbrayıl rayonunu işğaldan azad edib və bu, böyük uğurdur. İndi, Azərbaycan Prezidenti İlham Əliyev döyüşlərin dayandırılması üçün Ermənistandan qoşunlarını işğal olunmuş ərazilərdən tam çıxarmasını, bu prosesin necə həyata keçiriləcəyinə dair cədvəlin təqdim olunmasını tələb edir.

Bir sözlə, Azərbaycan tərəfi bildirir ki, heç də hər şey Fransa mətbuatının yazdığı kimi deyil. Yəni müharibə erməni separatçıları ilə Azərbaycan Ordusu arasında getmir. Müharibədə tərəflər Ermənistan ordusu ilə Azərbaycan Silahlı Qüvvələridir və döyüşlər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında gedir.

BMT Təhlükəsizliş Şurası Ermənistanın bu ərazilərdən çıxmalı olduğunu hələ 30 il əvvəldən tələb edir. Lakin Yerevan bu qurumun qətnamələrinə məhəl qoymur. Üstəlik, Bakının məlumatına görə, Ermənistanın müdafiə nazirinin tez-tez döyüş sahəsindəki qoşunları ziyarət edir.

Azərbaycan döyüşlərin “xristian Ermənistanı ilə müsəlman Azərbaycanı arasında”kı qarşıdurma kimi təqdim olunması ilə də razı deyil. “Ermənistan şiə İranı ilə müttəfiqdir”, – deyə bu fikri rədd edənlər bildirir.

Beləliklə, burada söhbət mədəniyyətlərin mübarizəsindən getmir. Azərbaycan hər zaman birgəyaşayışı təbliğ edir. Dünyəvi dövlət olan Azərbaycanda şiə və sünni müsəlmanlar, xristianlar, yəhudilər hər zaman birgə yaşayıb, ölkədə mədəniyyətlərarası və dinlərarası dialoq yüksək səviyyədə olub. Burada din dövlətdən ayrıdır. Azərbaycan mutikulturalizmə xüsusi diqqət yetirən ölkələrdəndir.

Beləliklə, müharibə SSRİ-nin dağılması ilə müstəqil olmuş iki Cənubi Qafqaz ölkəsi arasında gedir.

Həqiqət ondan ibarətdir ki, beynəlxalq hüquq, həmçinin BMT TŞ Ermənistan tərəfindən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını tələb edir. Azərbaycan illərdir BMT TŞ-nin bununla bağlı qəbul etdiyi qətnamələrə əməl olunacağını gözləyir. Lakin Ermənistan sözün əsl mənasında, cazasız qalıb. Nəticədə bu gün Bakı BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun hərəkətə keçib. Bu maddədə deyilir ki, hər hansı dövlətin ərazi bütövlüyünə, təhlükəsizliyinə təhdid yaranarsa, o, özünü müdafiə edə bilər.

Bütün bunlarla yanaşı, Azərbaycan tərəfi döyüşlərin yenidən başlamasını Ermənistanın baş nazir Nikol Paşinyanın diqqəti daxili problemlərdən yayındırmaq cəhdi kimi də qiymətləndirir. COVID-19 böhranı Ermənistanda social-iqtisadi durumu xeyli ağırlaşdırıb. Bunu, erməni ekspertlər də təsdiqləyir. Odur ki, Paşinyan əzəli düşməni olan qonşusuna hücum etməklə, bütün ölkəni, o cümlədən müxalifəti hökumət ətrafında birləşdirməyə çalışır.

Tərəflər arasında əvvəllər də zaman-zaman lokal toqquşmalar, döyüşlər olub. Lakin hər fədə Rusiya məsələyə dərhal müdaxilə edib və tərəflər danışıqlar masası arxasına əyləşib. Lakin hər dəfə danışıqlar yenə aylarla uzanıb, sonda heç bir nəticə əldə olunmayıb. Məsələn, 2016-cı ildəki “dördgünlük müharibə”dən sonra iki ölkə rəhbərlərinin görüşməsi üçün düz 2 il lazım olmuşdu. Bu müddət əlbəttə ki, ermənilərin işğal olunmuş torpaqlarda möhkəmlənməsinə imkan yaradırdı.

Bu arada, məlum olur ki, Ermənistanın indiki baş naziri 2018-ci ildə hakimiyyətə gələn zaman Azərbaycandan vaxt istəyibmiş. Bunu Azərbaycan tərəfi bildirir. Məlumata görə, o, özündən əvvəl hakimiyyətdə olmuş “Qarabağ klanı”nı təmsil etmədiyini əsas gətirərək, böhranı həll edəcəyini deyirmiş. Lakin bir müddət sonra Paşinyan “Qarabağ Ermənistandır” kimi bəyanatla çıxış etdi. Yəqin ki baş nazir Qarabağ məsələsində güzəştə getməsinin ona hakimiyyəti bahasına başa gələcəyini düşünüb.

Bu gün Fransada baş verənlər Azərbaycanı təəssüfləndirir. Onlar burada açıq anti-Azərbaycan əhvalının hökm sürdüyünü görürlər. Doğrudur, onlar anlayır ki, burada təxminən 600 minlik erməni diasporu var, erməni lobbisi yaxşı işləyir. Xüsusilə Fransada keçirilən seçkilərdə ermənilərin səsi önəmlidir. Mediada Azərbaycanla bağlı qərəzli məlumatların yer almasında da bu qüvvənin böyük rolu var.

Lakin digər tərəfdən, Bakıda əmindirlər ki, Osmanlı imperiyasında baş vermis məlum 1915-ci il hadisələrilə Azərbaycan arasında əlaqə qurulması yanlışdır. Üstəlik, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik etmək üçün beynəlxalq mandate almış Minsk qrupunun həmsədridir (digər həmsədrlər Rusiya ilə ABŞ-dır). Demək, Paris neytral olmalıdır.

Bu azmış kimi, bir tərəfdən də Fransada ayrı-ayrı merlər beynəlxalq hüququ, ölkəmizin beynəlxalq öhdəliklərini kobud şəkildə pozaraq, işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki şəhərlərlə “dostluq xartiyaları” imzalayır.

Unutmaq olmaz ki, Cənubi Qafqazda ümumi ÜDM-in 80%-i Azərbaycanın payına düşür. Fransa şirkətlərisə bu ölkədə təkcə enerji sahəsində deyil, bütün sahələrdə fəal iştirak edir.

Baş verənlərdə böyük regional güclər olan Rusiya ilə Türkiyənin roluna gəlincə, Bakıda hesab edirlər ki, Ermənistan hələ iyulda Azərbaycanla sərhəddə təxribata əl atan zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), başqa sözlə, müttəfiqi Rusiyanı münaqişəyə cəlb etməyə çalışıb. Lakin o vaxt Yerevan istəyinə nail olmayıb. Azərbaycan o vaxt da Ermənistanın hücumuna cavab vrib və Rusiyadan məsələyə reaksiya gəlməyib. Lakin ermənilər Rusiyanı münaqişəyə cəlb etmək fikrindən əl çəkmir.

Türkiyəyə gəlincə, Azərbaycan tərəfi Ankaranın ona yalnız mənəvi dəstək verdiyini bildirir. Bakıda deyirlər ki, Türkiyə regionda sabitləşdirici rola malikdir və onun Qarabağ savaşında birbaşa iştirakı ilə bağlı iddialar tamamilə əsassızdır. Lakin təəssüf ki, saxta xəbərlərin qarşısını almaq olmur. Məsələn, döyüşlərin ilk günlərində guya Ermənistana məxsus 2 ədəd “SU-25” təyyarəsinin Türkiyənin “F-16” qırıcısı tərəfindən vurulduğuna dair xəbər yayıımışdı. Halbuki, Türkiyənin də üzv olduğu NATO ölkələri üçün KTMT ölkələrinin hava məkanı tamamilə bağlıdır – ona Rusiya nəzarət edir. Belə bir vəziyyətdə Rusiya radarları bunu qeydə almalı idi. Lakin ortaya erməni iddialarını sübut edəcək heç bir fakt qoyulmayıb.

Daha bir iddia Türkiyənin Qarabağda döyüşmələri üçün Suriyadan bölgəyə muzdlular gətirməsilə bağlıdır. Bununlıa bağlı da heç bir fakt yoxdur. Halbuki, belə faktın ortaya qoyulması Azərbaycana təzyiqlərin artırılması üçün əsas olacaqdı.

Həqiqət ondan ibarətdir ki, 10 milyon əhalisi olan Azərbaycanın hərbi hazırlığı, torpaqlarını azad etmək üçün böyük motivasiyası olan güclü ordusu var. Odur ki, Bakının əlavə qüvvəyə ehtiyacı yoxdur.

Məlum olduğu kimi, Fransa Türkiyəyə qarşı da düşmənçilik mövqeyindən çıxış edir. Lakin gəlin mövzuları qarışdırmayaq.

Daha bir məqam ermənilərin işğal olunmuş ərazilərdə Azərbaycan irsini dağıtması ilə bağlıdır. Tarixçilər və arxeoloqlar Münaqişə zonalarında qədim mədəni irs nümunələrinin qorunması ilə bağlı 1954-cü il Haaqa Konvensiyasını, Ümumdünya mədəni və təbii irsin qorunması haqqında 1972-ci il UNESCO Konvensiyasını xatırladır. Belə bir vəziyyətdə qədim tarix və mədəniyyət mərkəzi olan Gəncə şəhərinin bombalanması da hiddət yaratmaya bilməz. Bundan başqa, Füzuli rayonunda gedən döyüşlərdə Şeyx Baba Yaqub məqbərəsinin böyük zərər gördüyü deyilir.

Sonda azərbaycanlıların tolerant xalq olduğu qeyd edilməlidir. Onlar uzun illərdir ədalətin bərqərar olmasını, beynəlxalq hüquqa hörmət edilməsini gözləyir. Lakin Beyrutda avqustun 4-də baş vermis dəhşətli partlayışdan sonra Yaxın Şərqdən Qarabağa ermənilərin köçürülməsinə başlanılmışdı. Bu, beynəlxalq hüquqla tam ziddiyyət təşkil edir. Son məlumatlarda deyilirdi ki, Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə 150 erməni ailəsi köçürülüb.

Bu azmış kimi, iyul hadisələrindən sonra Ermənistanın İraqdakı səfiri İran vasitəsilə Ermənistana 1500-2000 döyüşçünün gətirilməsi üçün PKK ilə danışıqlar apardığı üzə çıxmışdı. Nəhayət, iyulun 17-də Rusiyadan Ermənistana silah-sursatın daşındığında dair xəbərlər…

Mənbə: AgoraVox

(Fransız dilindən tərcümə – WorldMedia.Az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*