Bu ilin 9 ayında 142 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib.
Bu barədə KONKRET.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bildirilib ki, onlardan 29 mini pensiya, 113 mini müavinət və təqaüd təyinatları olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.
Vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatı e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilir.

44il islemisem 17 il slqorta var 280 manat verirler bu allahsiqdlr
Belə gic yazıları özünüzə saxlayın. Əbləhlər. Fürsətdən istifadə edirsiniz.
Onlar gic deyile,əhalini gic yerinə qoyublar.Hərgün sarsaq məlumatlar ilə xalqı bezdirirlər.
Pensiyanın düzgün hesablanması və DSMF yə köcürtdügüm 4 ilin pulu yoxdu. Kömək edin.