“Fənərbağça” klubunun prezidenti Ali Koç Bakıya gəlib.
KONKRET.az milli.az-a istifadən xəbər verir ki, İş adamı olan Ali Koç axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda görünüb.
KİV-in məlumatına görə, “Fənərbağça” klubunun prezidenti Ali Koç şəxsi biznes məsələlərinə görə Bakıya səfər edib.
58 yaşlı iş adamı bununla bağlı bir sıra görüşlər keçirib.
Qeyd edək ki, Ali Koç “Koç Holdinq”in idarəetmə heyətinin sədr müavinidir.