Ali Məhkəmə Əziz Orucovla bağlı qərar verdibackend

Ali Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrlik etdiyi prosesdə kassasiya şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmdən verilmiş şikayəti təmin etməyib.

Əziz Orucov Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*