Ali Məhkəməyə hakimlər təyin olundu – SİYAHIbackend

Ali Məhkəməyə hakimlər təyin olundu - SİYAHI

Milli Məclisin iclasında Ali Məhkəməyə hakimlər təyin olunması məsələsinə baxılıb.

KONKRET.az-ın məlumatına görə, Milli Məclisin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyeva və Şirvan Apellyasiya Məhkəməsinin sədrinin müavini Ələsgər Novruzov Ali Məhkəmənin hakimləri vəzifəsinə gətiriliblər. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimləri Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, Elşad Şamayev Ali Məhkəməyə hakim postuna gətiriliblər.

Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyev, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Aqil Abbasov, Çingiz Əsgərov, Bəhman Qəribov, Bəhram Məmmədli də Ali Məhkəmənin hakimləri təyin olunub./oxu.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*