“Ali məktəblərə qəbul üçün müraciət edənlərin sayı artıb” – SƏBƏBbackend

“Ali məktəblərə qəbul üçün müraciət edənlərin sayı artıb” - SƏBƏB

“Hazırda ali məktəbə qəbul üçün müraciət edənlərin sayı ötən illə müqayisədə daha çoxdur. Bu, ilk növbədə bu il məzun olanların sayı ilə də əlaqədardır”. 

Bu barədə KONKRET.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib:

“Bilirsiniz ki, bu il məzun olanların sayı ötən ildəkindən artıqdır. Ona görə də ərizə qəbulunda bu öz nəticəsini göstərib. 1-ci, 2-ci, 3-cü və 4-cü ixtisas qrupları üzrə 10 minə yaxın artım var.

Keçən il 71 min 403 nəfər, bu il isə 81 min 403 nəfər öz ərizəsini qeyd olunan ixtisas qrupları üzrə təqdim edib. 5-ci ixtisas qrupunda da bu il kifayət qədər artım var. Ötən illə müqayisədə 16 min daha çox şəxs məhz bu ixtisas qrupunu seçib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*