Ali təhsillilər 9 ay, universitet bitirməyənlər isə… – Orduda xidmət müddəti endirilir?backend

Ali təhsillilər 9 ay, universitet bitirməyənlər isə... - Orduda xidmət müddəti endirilir?

Hazırda Azərbaycanda ali təhsillilər üçün 12 ay, digər çağırışçılar üçün isə 18 ay hərbi xidmət müddəti tətbiq olunur. Bəs bu fərqin saxlanması nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, mövcud qanunvericilik artıq müasir tələblərə cavab vermir və yenidən formalaşdırılmalıdır:

Kəndimizin yerini heç nə verə bilməz...”- 60 illiyi tamamlanan Üzeyir Cəfərov

“Artıq Qarabağ məsələsi həll olunub. Qanunvericilikdə müasir dövrün tələblərinə cavab verən müddəalar əksini tapmalıdır. Onlardan biri də ali təhsillilər üçün 12 ay, digərləri üçün 18 ay olan xidmət müddətidir. Hesab edirəm ki, bu sistem dəyişdirilməlidir.”

Ekspertin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrində tətbiq olunan modeldən nümunə götürülməsi daha məqsədəuyğun olardı:

“Mütləq deyil ki, ali təhsillilər 12 ay, digərləri isə 18 ay xidmət keçsin. Bu məsələnin həlli peşəkarlığın artırılmasına yönəlməlidir. Müddətdən artıq xidmət edən hərbi qulluqçuların müxtəlif sahələrdə istifadəsinə üstünlük verilməlidir. Bu həm orduya fayda verər, həm də dövlət büdcəsinə əlavə yük yaratmaz.”

Üzeyir Cəfərov qeyd edib ki, təhsil üzərindən xidmət müddətinə fərq qoyulması bəzən real vəziyyəti əks etdirmir və orduda diskomfort yaradır:

“Guya ali təhsillilər digərlərinə baxanda 6 ay az xidmət edirlər. Amma bu, bəzən özünü doğrultmur. Ali təhsillilər yaşına və təhsilinə görə fərqlənir, amma bu fərq orduda bərabərliyi pozur. Komandirlər də bəzən bu səbəbdən çətinliklə üzləşirlər.”

Ekspert hesab edir ki, ali təhsillilər üçün xidmət müddətinin 9 aya, digərləri üçün isə bir neçə ay azaldılmasına ehtiyac var:

“Ali təhsillilər üçün xidmətin 9 aya endirilməsi çox normal olardı. Digərləri üçün də bu müddəti bir qədər azaltmaq mümkündür. Hər halda, əsas məqsəd orduda peşəkarlığın və effektivliyin artırılması olmalıdır.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*