Alimlər adi toxunuşla insanı öldürə biləcək göbələk tapdılar – FOTObackend

Alimlər adi toxunuşla insanı öldürə biləcək göbələk tapdılar - FOTO

KONKRET.az dünya mediasına istinadən xəbər verir ki, Avstraliyadan olan elm adamları, ölümcül toksin buraxan göbələk kəşf ediblər və bu göbələklər görünüşünə və xüsusiyyətlərinə görə bənzərsizdir. Çünki yüngülcə toxumaqla insan dərhal zəhərlənə bilər.

Təhlükəli göbələk, “Atəş Mərcan” adını alsa da, görünüşü ilə bir dəstə yerkökünə bənzəyir. Ona toxunmaqla zəhərlər dərinin məsamələri vasitəsilə bədənə nüfuz edə bilər.

Alimlər göbələyi Queenslandın şimalındakı rütubətli Böyük Bariyer rifi yaxınlığında tapıblar.

Yeri gəlmişkən, elm dünyası çoxdan qeyd edirdi ki, Avstraliyanın bu ərazisi tez-tez qitəyə “doğma” ola bilməyən göbələklərə “sığınacaq verir”. Mütəxəssislərin fikrincə, bu gün 20 növ belə zəhərli göbələk artıq məlumdur.

Qeyri-adi göbələk artıq Yaponiya və Cənubi Koreyada da məşhurdur.

Onun Avstraliyada necə göründüyü hələ mütəxəssislər üçün sirrdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*