Alimlər insanların ölüm tarixini 78% dəqiqliklə proqnozlaşdıran “tale kalkulyatoru” hazırlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti material dərc edib.
Bİldirilir ki, “tale kalkulyatoru” adlanan süni intellekt alqoritmi insanların 4 il ərzində 75%-dən çoxunun öləcəyi tarixi düzgün proqnozlaşdırıb.
Tədqiqatçılar Danimarkada 6 milyondan çox insan haqqında məlumatları – yaş, sağlamlıq, təhsil, iş, gəlir və digər həyat detalları təhlil edib. Daha sonra süni intellekt modelinə bundan sonra nə baş verəcəyini pronozlaşdırmaq öyrədilib.
Proqram və onun məlumatları məlumatlarından istifadə edilmiş şəxslərin məxfiliyini qorumaq üçün dərc edilmir.
Burhan,
KONKRET.az