Alimlərin bir əsr tapa bilmədiyi tapmacanın cavabını tələbə tapdı – FOTObackend

Alimlərin bir əsr tapa bilmədiyi tapmacanın cavabını tələbə tapdı - FOTO

Lozannanın (İsveçrə) Federal Politexnik Məktəbinin bakalavr tələbəsi Vasim Dauadi alimlərin 100 il boyunca izah edə bilmədiyi fiziki tapmacanın cavabını tapıb.

KONKRET.AZ “Report”a istinadən xəbər verir ki, bu haqda “Neue Züricher Zeitung” məlumat yayıb.

Fiziklər anlaya bilmirdilər ki, niyə içində mineral suyun olduğu butulka açıldığı vaxt maye ilə dolu şaquli dar boruda hava köpüyü yuxarı qalxmır.

Gənc araşdırmaçı müəyyənləşdirib ki, köpük yuxarı, özü də yavaş-yavaş hərəkət edir. Lakin bu yerdəyişməni adi gözlə görmək mümkün deyil.

Tələbə kəşf edib ki, şüşə və mayenin arasında mövcud olan çox nazik qat havanın hərəkətinə mane olur. Nazik pərdənin ölçüsü millimetrin milyonda bir hissəsini təşkil edir.

O, bunu izah etmək üçün boruda şüşəyə işıq salıb və onun daxili səthindən əks edilmiş işıqla şüşənin səthindən əks edilmiş işıq arasında interferensiyanı (intensivliyin yenidən paylaşdırılması) təhlil edib.
Dauadi hesab edir ki, onun elmi işinin nəticələrini nanodiapazonda mayelərin hərəkəti vaxtı yaranan hadisələrin sonrakı tədqiqatında tətbiq etmək mümkün olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*