Xəbər verdiyimiz kimi Ceyhun Rüstəmov Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sədr müavini təyin edilib. Bu barədə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında məlumat verib.
KONKRET.az Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sədr müavini təyin edilən Ceyhun Rüstəmovun dosyesini təqdim edir:
Ceyhun Rüstəmov Bakı İslam Universiteti və Liviya Təbliğ Universitetində ali dini təhsil alıb.
Qəbələ şəhəri “Mərkəzi Cümə” məscidində, Bakı şəhəri, Yasamal rayonu “İlahiyyat” məscidində imam vəzifəsində çalışıb.
2023-cü ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonu “Cümə” məscidinə imam vəzifəsinə təyin edilib. Bu təyinat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmrinə əsasən, rotasiya qaydasında həyata keçirilib .
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü olub.
Müşfiq Tofiqoğlu,
KONKRET.az