“Alma-Ata bəyannaməsinin “Artsax”la əlaqəsi yoxdur” deyən Karapetyana SİLLƏ KİMİ CAVAB – ƏTRAFLIbackend

“Alma-Ata bəyannaməsinin “Artsax”la əlaqəsi yoxdur” deyən Karapetyana SİLLƏ KİMİ CAVAB - ƏTRAFLI

“Alma-Ata Bəyannaməsinin Dağlıq Qarabağ problemi ilə heç bir əlaqəsi yoxdur”.

Bu barədə  Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının üzvü Mariya Karapetyan deyib.

Karapetyan bildirib ki, bəyannaməyə istinad Ermənistan və Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsi kontekstində gündəmə gəlir. Sərhədin dəqiqləşdirilməsi məsələsinin isə Qarabağ problemi ilə heç bir əlaqəsi yoxdur. Bunu nəzərə almaq lazımdır.

Əslində, ermənilərin “Alma-Ata” bəyannaməsindən niyə bu qədər ehtiyat etdiyini çox sadə şəkildə izah etmək mümkündür. Hələlik isə Lavrovun Bayramovla görüşdə səsləndirdiyi fikirlərə nəzər salaq: “Tərəflər Praqa Bəyannaməsini imzalayıblar, ona görə də delimitasiya prosesi və sülh müqaviləsi BMT Nizamnaməsinə və Alma-Ata Bəyannaməsinə əsaslanmalıdır”.

Bəs bu bəyannamədə nə deyilir?

Erməniləri ciddi narahat edən bəyannamədə Sovet İttifaqının müttəfiq respublikaları arasında o vaxt mövcud olan sərhədlərin toxunulmazlığı təsdiqlənir. Dolayısı ilə o zaman Dağlıq Qarabağ ərazisinin Sovet Azərbaycanının tərkibində olduğu sənədlə sübuta yetirilir. Beləliklə hər şey gün kimi aydın olur. Məsələ “Alma-Ata” bəyannaməsi əsasında həllini tapmalıdır fikrini söyləmək, Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etmək deməkdir. Bu isə Ermənistanın və separatçıların mövqeyi ilə zidd olduğundan Lavrovun fikirləri İrəvanı əməlli-başlı silkələyib.

Lavrov onu da diqqətə çatdırıb ki, Ermənistan danışıqlarda artıq statusdan deyil, Qarabağda erməni əhalisinin hüquqlarının təmin olunmasının zəruriliyindən danışmalıdır. Əslində cənab Kələntəryanın öz soyad sonluğunun əksinə getməsi təccüb doğura bilərdi. Lakin 44 günlük müharibədə Azərbaycanın tarixi qələbə qazanması, regionda nüfuz sahibinə çevrillməsi,  Rusiyanın isə getdikcə zəifləməsi və eləcə də Türkiyə-Azərbaycan tandemi Kremli və onun baş diplomatını boş sözlərə deyil, reallığa meyl etməyə sürükləyir. Bu isə təbii ki, ermənilərin son ümidlərini puça çıxarır. Əli hər yerdən üzülən İrəvanın çıxış yolu birdir: “Olum ya ölüm”. Seçimi isə Ermənistan özü etməlidir.

Onu da qeyd edim ki, Azərbaycan tərəfi  öz vətəndaşları ilə yanaşı Qarabağda Azərbaycan bayrağı altında yaşamağa razı olacaq ermənilərin də hüquqlarının qorunmasına təminat verməyə hazırdır. Bunu da Lavrov deyib və ermənilərə “od qoyub”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*