Almaniya 10 milyard avroya F-35 qırıcı təyyarəsi alacaqbackend

Almaniya 10 milyard avroya F-35 qırıcı təyyarəsi alacaq

Almaniya ABŞ istehsalı olan 35 ədəd beşinci nəsil F-35 qırıcılarının alınması üçün 10 milyard avro (10,5 milyard dollar) ayıracaq.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi AFR hökumətinin müvafiq sənədinə istinadla məlumat yayıb.

Sənədə əsasən, təyyarələrin tədarükü 2026-2029-cu illər üçün nəzərdə tutulur. Sövdələşmə Almaniya Silahlı Qüvvələrinin gücləndirilməsi üçün 100 milyard avronun ayrıldığı xüsusi fond hesabına həyata keçiriləcək. Berlin, eyni zamanda, “hava-yer” raketləri alacaq və yerüstü hərbi infrastrukturu təkmilləşdirəcək.

Kansler Olaf Şolts noyabrın 30-da Berlin Təhlükəsizlik Konfransında çıxışı zamanı vurğulayıb ki, Almaniyanın atom bombası yoxdur, lakin F-35 qırıcıları Amerikaya məxsus nüvə başlıqlarını daşıya bilər. İndiyədək bu funksiyanı “Tornado” kəşfiyyat təyyarələri yerinə yetirirdi. Onların da istismar müddətinin 2025-ci ildə başa çatacağı gözlənilir. Hələ 2019-cu ildə Berlinin bu təyyarələri F-35 qırıcıları ilə əvəzləmək niyyətində olduğu barədə məlumatlar yayılmışdı.//AzərTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*