Almaniya birləşəndə dəstək verdik, indi “əvəzi” olmalı… – Rusiyalı deputatbackend

Almaniya birləşəndə dəstək verdik, indi “əvəzi” olmalı... - Rusiyalı deputat

Almaniya kimi demokratik ölkənin hakimiyyətinin Krımı Rusiya ərazisi kimi tanımaqdan imtinası ilə bağlı mövqeyi məni məyus edir.

KONKRET.azxəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.

Şeremetin sözlərinə görə, Krım Rusiyanın tarixi hissəsi olaraq, yeddi il öncə bir zamanlar Almaniyanın iki hissəsinin birləşdiyi kimi birləşib:

“Bir zamanlar Qərbi və Şərqi Almaniyanın birləşməsini dəstəklədik. Ümid edirik ki, Almaniyada bunu xatırlayırlar və krımlıları da dəstəkləyəcəklər”. (Axar.az)

Qeyd edək ki, bir müddət öncə Almaniya kansleri Angela Merkel Almaniyanın Ukraynanın ən yaxın tərəfdaşlarından biri olduğunu, rəsmi Kiyevin ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*