Almaniya hansı səbəblərdən Ukraynaya silah tədarükündən imtina edir? – ÖZƏLbackend

Almaniya hansı səbəblərdən Ukraynaya silah tədarükündən imtina edir? - ÖZƏL

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanı silah verməməkdə günahlandırıb. Ukrayna lideri bildirib ki, Almaniyanın nasist keçmişi Ukraynaya silah tədarük etməyə imkan vermir. Zelenskinin bu açıqlaması birmənalı qarşılanmayıb. Bəziləri bu cür sərt fikirlərindən dolayı onu qınasalar da, bir çox analitiklər Zelenskinin doğru mövqe sərgilədiyini bildiriblər. Bəs görəsən Almaniya hansı səbəblərdən Ukraynaya silah tədarükündən imtina edir?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Zaur Məmmədov bildirib ki, Zelenskiyə milliyətcə yaxın olan insanların vaxtilə Almaniyada qətlə yetirilməsi, həmçinin belə bir ağır vaxtda rəsmi Berlinin digər Qərb dövlətlərindən fərqli olaraq Kiyevə silah satmaq istəməməsi Ukrayna liderini dilə gətirib: “Almaniya lap əvvəldən Fransa ilə birlikdə Rusiya məsələsində bir qədər ehtiyyatlı davranıb. Bu, Almaniyanın Rusiya qazından daha çox asılı olması ilə əlaqədardır. Əlbəttə ki, maye-qaz faktoru müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda Olaf Şolz hakimiyyətə gəldikdən sonra daha təmkinli fikirləri ilə seçilib. Zelenski isə ən müasir silah və sursatların verilməsini istəyir. Doğrudur, ABŞ və bəzi Qərb dövlətləri tərəfindən Ukrayna silahla təchiz olunsa da, elə hərbi texnikalar var ki, onların Almaniya tərəfindən verilməsi zəruridir. Lakin Berlin hələ də vaxtı uzatmaqla məşğuldur. Yaxud bəzi hallarda açıq şəkildə bu silahları göndərməyəcəyini bəyan edir”.

Zaur Məmmədov

Politoloq əlavə edib ki, Ukraynanın Gürcüstan, Almaniya və fransa ilə bir sıra ziddiyyətlərinin ortaya çıxdığının şahidi ola bilərik: “Hazırda Almaniya qışı fikirləşir. Hətta bəzi mənbələrə görə, bir çox insanlar qışı Türkiyədə keçirməyi düşünürlər. Almaniyanın davranışları başadüşülən olmasa da, ancaq Berlin özünü düşünməyə məcburdur və silah tədarükündən imtinanın səbəbləri iqtisadidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*