Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətlərin gücləndirilməsi məqsədilə ölkədə rəsmi səfərdə olan Almaniya kansleri Fridrix Merzi qəbul edib.
KONKRET.az xəbər verir ki, liderlər hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparıblar.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat verib.
Bu, Merzin kansler kimi Türkiyəyə ilk səfəridir. Tərəflərin ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq, eləcə də mövcud regional və beynəlxalq məsələləri müzakirə etməsi gözlənilir.
Müşviq Tofiqoğlu
KONKRET.az