Almaniya Rusiyaya qarşı gizli hərbi plan hazırladı: Putin ŞOKDAbackend

Almaniya Rusiyaya qarşı gizli hərbi plan hazırladı: Putin ŞOKDA

“The Wall Street Journal”ın yazdığına görə, yüksək rütbəli alman zabitləri Rusiya ilə mümkün müharibə üçün 1 200 səhifəlik gizli plan hazırlayıb. Sənəddə Almaniya, ABŞ və NATO-nun 800 minə yaxın hərbçisinin şərq cəbhəsinə yerləşdirilməsi, texnika kolonlarının hərəkət marşrutları və onların təminat sistemləri ətraflı təsvir olunur.

KONKRET.az xəbər verir ki, planın əsas məqsədi düşməni xəbərdar etmək və istənilən hücumun uğursuz olacağını göstərməkdir.

Payız aylarında keçirilən hərbi təlimlər zamanı Almaniyanın “Rheinmetall” silah istehsalçısı 500 əsgərlik sahə düşərgəsi qurub. Burada kazarmalar, mətbəx, yanacaqdoldurma məntəqəsi və müşahidə sistemi yaradılıb. Təlimlər zamanı logistika və infrastruktur sahəsində problemlər aşkar olunub.

Almaniya müdafiə nazirinin müavini Nils Şmid bildirib ki, planın həyata keçirilməsi üçün qanunların sadələşdirilməsi, cəmiyyətin düşüncə tərzinin dəyişməsi və Soyuq Müharibə təcrübəsinə malik təqaüdçülərin xidmətə cəlb olunması vacibdir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*