Almaniya səfiri Rusiya XİN-ə çağırıldıbackend

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, diplomata “Almaniyada rusiyalı jurnalistlərin təqib edilməsi” ilə bağlı etiraz bildiriləcək.

Məlumata görə, Moskva səfirə cavab tədbirlərini açıqlamaq niyyətindədir.

Qeyd edək ki, daha əvvəl Almaniya polisinin rusiyalı jurnalist Sergey Feoktistov, onun həyat yoldaşı və qızının pasportlarını aldığı barədə məlumat verilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*