Almaniyanın “Knauf” və “VKB Systems” şirkətləri işğal olunmuş Mariupolun bərpasında Rusiya prezidenti Vladimir Putinə kömək edir.
KONKRET.az “Dojd” telekanalına istinadən xəbər verir ki, bu barədə “ARD” telekanalı məlumat yayıb.
Telekanal Mariupoldakı tikinti sahələrində “Knauf” istehsalı olan sementdən istifadəyə diqqət çəkib.
“Knauf” şirkəti isə açıqlama yayıb ki, onlar Ukrayna ilə müharibəni pisləyir və Aİ-nin bütün sanksiyalarına əməl edirlər.
“Rusiyada istehsal olunan məhsullar isə yalnız Rusiya bazarı üçün nəzərdə tutulub”, – şirkət əlavə edib.
Xatirə SADİQ,
KONKRET.az