Almaniya Ukraynanın tələbini yerinə yetirməkdən İMTİNA ETDİbackend

Almaniya Ukraynanın tələbini yerinə yetirməkdən İMTİNA ETDİ

“Alman tərəfdaşlarından heç biri Ukrayna ordusuna Qərb tipli döyüş tankları göndərməyib. Ona görə də Almaniya öz növbəsində fərdi addımlar atmaq istəmir”.

KONKRET.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext bildirib.

“Biz tək addım atmaq istəmirik və belə məsələlərlə bağlı qərarları yalnız tərəfdaşlarla razılaşaraq qəbul edəcəyik. İndiyə qədər heç bir başqa ölkə Qərb tipli döyüş tankları göndərməyib”, – deyə Lambrext əlavə edib.

Kiyev Berlindən Ukrayna Silahlı Qüvvələrinə hücum silahları göndərməyi tələb edib, lakin Almaniya dəfələrlə belə qərarları təkbaşına qəbul etməyəcəklərini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*