“Almaniya Ukraynanın təslim olmasını istəyirdi” – Consonbackend

"Almaniya Ukraynanın təslim olmasını istəyirdi" - Conson

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bildirib ki, Rusiya Ukraynaya hücum edən zaman Almaniya Ukraynanın təslim olmalı olduğunu müdafiə edib.

KONKRET.az xəbər verir ki, “CNN Portuqaliya”ya danışan Conson Almaniyanın iqtisadi səbəblərə görə müharibənin uzun müddət davam etməsini istəmədiyini deyib. O bildirib ki, buna görə də həmin vaxt Almaniya rəsmiləri istəyirdilər ki, Ukrayna Rusiyaya qarşı geri addım atsın.

Əgər müharibə olacaqsa, Almaniya onun bir an əvvəl bitməsini və Ukraynanın təslim olmasını istəyirdi” – deyə Conson bildirib.

Fransanın müharibə ehtimalını son ana qədər rədd etdiyini bildirən Conson İtaliyanın Rusiya enerjisindən asılılığına görə Avropada Rusiyaya qarşı sanksiyaları dəstəkləmək istəmədiyini qeyd edib.

Böyük Britaniyanın keçmiş baş naziri bildirib ki, müharibədən sonra bir çox ölkə Ukraynanın arxasında birləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*