TƏCİLİ: Zelenski ukraynalıların gözlədiyi ŞAD XƏBƏRİ VERDİbackend

TƏCİLİ: Zelenski ukraynalıların gözlədiyi ŞAD XƏBƏRİ VERDİ

Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşündən sonra keçirilən brifinqdə deyib ki, Berlinin yaxın üç il ərzində Kiyevi “IRIS-T” hava hücumundan müdafiə sistemləri ilə təmin etmək planı var.

KONKRET.az xəbər verir ki, Zelenski bu müjdəli xəbəri ukraynalılarla bölüşüb.

“Biz “IRIS-T” hava hücumundan müdafiə sistemlərinin tədarükünə görə minnətdarıq. Təchizat planını indi başa düşürük, bütün detallar barədə danışmayacağam. Amma plan növbəti üç il üçün nəzərdə tutulub. Və bu, istənilən halda bizim üçün çox vacib köməkdir”.

Zelenskinin sözlərinə görə, bu, müharibənin uzun sürəcəyi demək deyil, Ukraynaya sadəcə olaraq hava hücumundan müdafiə sistemləri lazımdır.

O əlavə edib ki, Ukrayna həm də Almaniyanın “çox keyfiyyətli” hava hücumundan müdafiə sistemlərinin istehsalını lokallaşdırmağa ümid edir.

May ayında Ukrayna Almaniyanın “Diehl Defence” şirkəti ilə “IRIS-T” sistemlərinin və onlar üçün raketlərin istehsalına dair müqavilə imzalayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*