Almaniyada 2 qatar toqquşdu – 13 yaralı varbackend

Almaniyada 2 qatar toqquşdu - 13 yaralı var

Almaniyanın qərbində sərnişin qatarının hərəkətsiz yük qatarı ilə toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, Almaniya polisinin açıqlamasında Xanten və Duysburq arasındakı dəmiryol hissəsində 13 nəfərin yaralandığı, onlardan üçünün ağır vəziyyətdə olduğu bildirilib.

Hadisə təxminən səhər saat 7:30-da radələrində baş verib. 30 nəfəri daşıyan qatar bitişik relsə keçərək stasionar yük qatarının lokomotivi ilə toqquşub.

Polis nümayəndələri qurbanların həyatı üçün heç bir təhlükənin olmadığını vurğulayırlar.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*