backend

Almaniyada axtarışda olan Azərbaycan vətəndaşı Fransada SAXLANILDI

Bu ilin yanvar ayından Almaniyada axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı Fransada saxlanılıb.

KONKRET.az-ın report-a istinadən məlumatına görə, əslən Masallı rayonundan olan, 35 yaşlı Samir İbişov Fransada qaldığı qaçqın yataqxanasında tutulub.

Azərbaycan vətəndaşının saxlanılmasına səbəb isə onun Almaniyada polis tərəfindən axtarışa verilməsi olub. Məlum olub ki, 2020-ci ilin dekabr ayında Almaniyanın Koblenz şəhərində 38 yaşlı Almaniya vətəndaşına bıçaqla xəsarət yetirən S.İbişov ölkəni tərk edib.

Daha sonra o, Fransada Marsel şəhəri Miqrasiya İdarəsində başqa adla qeydiyyata düşüb.

Nəhayət, ötən gün Azərbaycan vətəndaşı Avropa Polis Təşkilatı (Europol) tərəfindən saxlanılaraq Almaniya hüquq-mühafizə orqanlarına təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*