Almaniyada daşqında ölənlərin sayı yenidən artdıbackend

Almaniyada daşqında ölənlərin sayı yenidən ARTDI

Almaniyanın qərbində daşqınlar nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Yalnız Reynland-Pfalz əyalətinin Arveiler bölgəsində 98 nəfər ölüb, 670 nəfər yaralanıb. Daha əvvəl Şimali Reyn-Vestfaliyada azı 43 ölüm qeydə alınıb.

Təbii fəlakət körpülərin və yolların dağılmasına, elektrik xətlərinin qırılmasına səbəb olub. Ölkənin sözügedən ərazisində fövqəladə vəziyyət elan edilib. 850 hərbçi fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb edilib. Almaniya kansleri Angela Merkelin bu gün fəlakət bölgəsini ziyarət edəcəyi bildirilir.

Qeyd edək ki, daşqınlar Almaniya ilə yanaşı, Belçika və Hollandiyada da fəsadlar törədib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*