Almaniyada gənclərin yarıdan çoxu hökumətə etibar etmir – Gənclərin 60 faizi mediaya, 50 faizi isə demokratiyaya inanmır…backend

Almaniyada gənclərin yarıdan çoxu hökumətə etibar etmir - Gənclərin 60 faizi mediaya, 50 faizi isə demokratiyaya inanmır...

Almaniyada aparılan sorğu gənclərin yarıdan çoxunun hökumətə etibar etmədiyini üzə çıxarıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Bertelsmann” fondu sorğu keçirib.

Sorğuya görə, ölkədə 18-30 yaş arasında olanların 52 faizi hökumətə güvənmədiyini bildirib.

Bu yaş qrupunda hökumətə güvənənlər 39 faiz olsa da, 9 faizi isə “bilmirəm” cavabını verib.

Bundan başqa, 18-30 yaşlılar arasında parlamentə etimad göstərməyənlərin nisbəti 45 faiz, etibar edənlərin nisbəti isə 35 faiz təşkil edib.

Almaniyada gənclər ən çox 79 faizlə təhsil sisteminə, 74 faizlə elmə, 62 faizlə Avropa İttifaqına (Aİ), 59 faizlə demokratiyaya, 55 faizlə qanunun aliliyinə və NATO-ya inanır.

Gənclərin 60 faizi mediaya, 58 faizi dinə, 53 faizi transmilli şirkətlərə güvənmədiyini bildirsə də, gənclərin demokratiyaya (50 faiz) və Aİ-yə (57 faiz) inamı daha yüksəkdir.

Qeyd edək ki, sorğuda iştirak edən 31-70 yaşlıların 49 faizi hökumətə, 46 faizi isə parlamentə etibar etmir.Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*