Almaniyanın Drezden şəhərində “Radio Dresden” radiostansiyasına silahlı hücum edənlərlə polis əməkdaşları arasındakı atışma nəticəsində 70 yaşlı qadın güllələnib.
KONKRET.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb yayıb.
Bildirilib ki, polis əməkdaşları ticarət mərkəzindəki insanları təxliyə edib, ətraf ərazini mühasirəyə alıblar.
Sakinlərə milad yarmarkasına getməmək və şəhərin mərkəzinə çıxmamaq tövsiyə olunur.
Şübhəli şəxs hadisə yerindən qaçıb.