Almaniyada tapılan qədim məzarlıq daha bir iddianı sübut etdibackend

Almaniyada tapılan qədim məzarlıq daha bir iddianı sübut etdi

Almaniyanın cənubunda tapılan yeni məzarlıq DNT analizində mühüm kəşfi ortaya qoyub.

KONKRET.az xəbər verir ki, dəbdəbəli artefaktlarla dolu böyük qədim məzar daşlarından tapılan insan qalıqları üzərində DNT analizi aparılıb. Bu analizlər nəticəsində alimlər qədim Keltlər arasında gücün ana tərəfindən ötürülməsinə dair sübutlar müəyyən ediblər.

“Nature Human Behavior” jurnalında dərc edilən araşdırmaya görə, əmi və qardaşı oğlunun iki ən varlı ərazidə dəfn edilməsi, əmiuşağılar arasında qohumluq əlaqəsinin sübutu ilə birlikdə elit gücün ana sülalələri olduğunu göstərir. Təxminən bizim eradan əvvəl 600-400-cü illər arasında, Dəmir dövründə, indiki Almaniyanın cənub-qərbində, Fransanın şərqində və İsveçrədə qızıl zinət əşyaları, arabalar və xaricdən gətirilən mallar olan kurqanlar tikilib. Bu kurqanlarda basdırılan elita böyük siyasi və dini gücə sahib olub və erkən Kelt şahzadələri adlandırılır.

Yeni araşdırmada elm adamları eramızdan əvvəl 1000-ci illərə aid yeddi elit qəbirdən olan 31 qədim skeletin DNT-sini təhlil ediblər. Bu işlər VI-V əsrlərdə Almaniyanın cənub-qərbində təxminən 100 kvadrat kilometr ərazidə aparılıb. Onların məqsədi bu zaman və məkanda erkən Keltlərin elit sülalələrə malik olduğunu düşünən bioloji əlaqələrin olub-olmadığını öyrənmək olub.

Tədqiqatın həmmüəllifi, Almaniyanın Baden-Vürtemberq əyalətindən olan aparıcı arxeoloq Dirk Krause görə, ailələrdə ananın rolunu müəyyən edən dəfn qaydaları nəzərə çarpıb. İki metrə yaxın boya malik olan eli keltləri ana və yaxud ailənin əsas sütunu olan qadınlar idarə edirmiş. Bu iddiaların əsas sübutu ondan ibarətdir ki, məhz qadınların istəyi ilə yaxın, doğma qohumlar bir yerdə basdırılırmış. Dini baxışlara görə, qadınların bu inancları onunla formalaşmışdı ki, ən yaxın doğmalar əgər bir yerdə basdırılırdısa, deməli, o dünyada da onları ayıracaq qüvvələr ola bilməzdi.

Hazırda DNT analizlərinin digər nəticələri üzərində də böyük tədqiqat işləri aparılır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*