“IRIS-T hava hücumundan müdafiə sistemləri Almaniya tərəfindən Ukrayna üçün istehsal olunacaq və dərhal istifadəyə verilməyəcək”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bizim Almaniyadan yeni güclü dəstək paketimiz var – bu, müdafiə dəstəyidir. Bura, hava hücumundan müdafiə sistemimizin gücləndirilməsi, yəni yeni IRIS-T sistemlərinin və hava hücumundan müdafiə raketlərinin istehsalı daxildir. Bunun sayəsində şəhərlərimiz, minlərlə insanımızın həyatı rus terrorundan xilas olacaq”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, artıq üç IRIS-T qurğusu Ukraynada yerləşdirilib. Bundan əvvəl Almaniyanın ilin sonuna kimi daha iki qurğunu təhvil verəcəyi bildirilib.
Burhan,
KONKRET.az