Almaniyalı deputatlar Azərbaycana gələcək – Tarix AÇIQLANDIbackend

Almaniyalı deputatlar Azərbaycana gələcək - Tarix AÇIQLANDI

Noyabrın 1-2-si Almaniya Bundestaqının nümayəndə heyəti Azərbaycana səfər edəcək.

KONKRET.az xəbər verir ki, səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüd proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir.

Nümayəndə heyətinə Bundestaqın deputatı Karl-Yulius Kronenberq rəhbərlik edəcək.

Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 44 ölkəsindən 120 təqaüdçü 1 mart – 31 iyul 2022-ci il tarixlərində Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlament sistemi ilə tanış olmaq imkanı qazanırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*