Almaniyanın Gürcüstandakı səfirinin bəyanatı sərt tənqid olundubackend

Almaniyanın Gürcüstandakı səfirinin bəyanatı sərt tənqid olundu

“Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerin bəyanatı diplomatik standartlara uyğun deyil və gürcü xalqı heç vaxt belə bir tonu qəbul etməyəcək”.

KONKRET.az  xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasından olan deputat Rati İonatamişvili deyib: “Daha əvvəl Fişer X sosial şəbəkəsində yazmışdı ki, bu gün kimsə avtoqol vurdu. Ehtimal ki, o, hakim partiyanın baş katibi, keçmiş futbolçu Kaxa Kaladzenin bəyanatına reaksiya idi.

Eyni zamanda, Kaladze  Avropa Parlamentinin litvalı deputatı,  Gürcüstanın hazırkı hakimiyyətini kəskin tənqid edən  Andrius Kubilius barədə də danışıb. Noyabrın 1-dən Kubilius Avropa komissarı olacaq. Müdafiə və kosmos üzrə yeni yaradılmış Avropa komissarı vəzifəsini icra edəcək.

“Əgər onlar burada ağa olduqlarını düşünürlərsə, dərin yanılırlar. Biz qürurlu və azad xalqıq. Heç vaxt belə bəyanatlarla barışmayacağıq”, – deyə  İonatamişvili bildirib. Bununla yanaşı, deputat ölkədə parlament seçkilərinin yaxınlaşmasına kənardan müdaxilələrin artdığını qeyd edib:

“Kənar aktorlar birbaşa seçki proseslərinə müdaxilə etməyə və bununla da seçkinin nəticələrinə təsir göstərməyə çalışırlar. Amma reallıqda onların cəhdləri və hərəkətləri  əks nəticə verəcək”. deyə deputat vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*