Almaniyanın qərbində hərbi rejim elan edildibackend

Almaniyanın qərbində hərbi rejim elan edildi

Almaniyanın qərbində selə görə hərbi fəlakət rejimi elan edilib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi iyulun 16-da Berlində keçirdiyi brifinqdə məlumat verib.

Məlumata görə, bununla bağlı müdafiə naziri Anneqret Kramp-Karrenbauer uyğun qərar qəbul edib.

B rejim tətbiq edilən bölgələrə lazım olan yardımla bağlı əmri yerlərdəki komandirlər verəcəklər.

Qeyd edək ki, Almaniyada sel nəticəsində ölənlərin sayı 100 nəfəri keçib, 1 300 nəfər isə itkin düşmüş sayılır.

Xatırladaq ki, daşqın yalnız Almaniyada deyil, Belçika və Niderlandda da baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*