Almatı şəhərində 852 nümayişçi saxlanıldıbackend

Almatı şəhərində 852 nümayişçi saxlanıldı

Qazaxıstanın hüquq-mühafizə orqanları Almatı şəhərində polis idarəsinə hücum edənlər də daxil olmaqla 852 nümayişçini saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Almatı şəhər operativ qərargahının rəsmi nümayəndəsi Saltanat Özirbek bildirib.

Onun sözlərinə görə, 18 ədəd odlu silah və 1400-ə yaxın döyüş sursatı qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılanlar arasında yanvarın 6-na keçən gecə Almatı polisinin inzibati idarəsinin binasına basqının şəxslər də var.

Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.

Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yanvarın 5-də Prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Yanvarın 10-da bütün ölkə ərazisində matəm elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*